Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda vurulan F-15 təyyarəsinin ikinci pilotu da xilas edilib

ABŞ-nin xüsusi təyinatlı qüvvələri axtarış-xilasetmə əməliyyatı zamanı İran üzərində vurulan F-15 qırıcı təyyarəsinin ikinci heyət üzvünü xilas edib.

Bu barədə mənbələrə istinadən "Axios" xəbər yayıb.

Nəşrin məlumatına görə, əməliyyat ABŞ aviasiyasının dəstəyi ilə həyata keçirilib. Qeyd olunur ki, missiyadan sonra bütün ABŞ-nin bütün qüvvələri İrandan geri çəkilib.

ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.

"Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam", - Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. "Yaralandı, amma hər şey yaxşı olacaq", - ABŞ Prezidenti əlavə edib.