Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda "Cəza komitəsi" yaradılıb

İranda müharibəni qızışdıranlara, kiberməkanda buna çağırış edənlərin cəzalandırılması üçün "Cəza komitəsi" yaradılıb.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, komitə "Vətənə xəyanət artıq cəzasız qalmayacaq!" prinsipi ilə fəaliyyət göstərəcək.

Məlumata görə, "Cəza komitəsi" xalq hərəkatıdır. İnformasiyaya əsasən, bu qurum İranın sabitliyini və təhlükəsizliyini hədəfə alanlara qarşı mübarizə aparacaq.