Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran və "Avropa üçlüyü" iyulun 27-də görüşəcək

İran və Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" arasında danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.

Bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən xəbər verib.

"İranın "Avropa üçlüyü" ilə danışıqları 27 iyulda Cenevrədə keçiriləcək", - mənbələr bildiriblər.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son müddət kimi 2025-ci ilin avqustun sonunu müəyyən etməyə razılaşıblar.