İran Səudiyyə Ərəbistanında hərbi bazaya zərbə endirib: 12 ABŞ əsgəri yaralanıb, KC-135 təyyarələrinə ciddi ziyan dəyib
28 Mart 2026
İranın Səudiyyə Ərəbistanının Şahzadə Sultan aviabazasına hücumunda 12 ABŞ əsgəri yaralanıb.
BBC-nin xəbərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti çox ağırdır.
Bazaya həm raket, həm də dronlarla hücum edilib.
Bazada olan iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəydiyi bildirilib.
Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bu xəbərə hələlik şərh verməyib.
"Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari isə İran televiziyasına açıqlamasında əməliyyat zamanı bir yanacaqdoldurma təyyarəsinin tamamilə məhv edildiyini, daha üç digər təyyarənin zədələndiyini və sıradan çıxdığını iddia edib.