Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ordusunun Baş Qərargahına və SEPAH-a yeni rəhbərlər təyin edilib

İran Baş Qərargah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbərlərini təyin edib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, Əbdülrəhim Musəvi İranın Baş Qərargah rəisi, Məhəmməd Pakpur isə SEPAH-ın komandanı təyin edilib.

İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin həlak olduğu bildirilmişdi.