Nankor İran molla rejimi dronla Naxçıvana zərbə endirib - FOTO/VİDEO
05 Mart 2026
İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib.
İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb. Daha bir neçə dron isə digər yerlərə düşüb.
Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq əsl mahiyyətini göstərdi.
İrana qarşı hərbi əməliyyatlarda öz ərazisinin istifadəsinə icazə verməyən Azərbaycan İran tərəfdən hücuma məruz qaldı.