III Çarlz Zelenskini qəbul edib
18 Mart 2026
Böyük Britaniya kralı III Çarlz çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenskini Bukinqem sarayında qəbul edib.
Bu barədə Ukrayna KİV məlumat yayıb.
"Böyük Britaniyaya işgüzar səfərimə kral III Çarlzın qəbulu ilə başladım. Əlahəzrətə və bütün kral ailəsinə dəyişməz dəstəyə və Ukrayna ilə həmrəyliyə görə təşəkkür edirəm", - Zelenski teleqram kanalında yazıb.
Görüşün detalları açıqlanmır. Londona səfəri çərçivəsində Ukrayna lideri, həmçinin Britaniya hökumətinin başçısı Kir Starmerlə ikitərəfli, daha sonra NATO-nun Baş katibi Mark Rütte ilə birgə görüş keçirəcək, ardınca isə Britaniya parlamentinin üzvləri qarşısında çıxış edəcək.
15:43
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.
Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib.
Qeyd olunub ki, səfər zamanı Zelenski Bukinqem sarayında Kral III Çarlzla görüşəcək, daha sonra Dauninq-stritdə Baş nazir Kir Starmerlə ikitərəfli görüş keçiriləcək. Sonra onların birlikdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşü baş tutacaq.
Bundan əlavə, Zelenski Böyük Britaniya parlamentinin üzvləri qarşısında çıxış edəcək.