Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüz boğazının minalardan təmizlənməsi nə qədər vaxt aparacaq?

"Hörmüz boğazının minalardan təmizlənməsi azı yarım il çəkəcək və bu prosesin İranla müharibə başa çatmazdan əvvəl başlaması ehtimalı azdır".

“The Washington Post” xəbər verir ki, bu qiymətləndirməni Pentaqonun yüksəkrütbəli məmuru ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqdə səsləndirib.

Qeyd olunub ki, bu qiymətləndirmə konqresmenlərin hiddətinə səbəb olub.

Nəşr bildirir ki, Hörmüz boğazında gəmiçiliyin bu qədər uzunmüddətli blokadası ABŞ-dəki qiymətlərə təsir etməklə yanaşı, xüsusən noyabrda keçiriləcək aralıq seçkinin yaxınlaşması fonunda respublikaçılar üçün siyasi problemlər vəd edir.