Hindistan NEZ-ləri Rusiya neftindən imtina edir - ABŞ-nin rüsum təzyiqi mqsədinə çatdı
08 Avqust 2025
Hindistanda dövlət neft emalı zavodları (NEZ) müvəqqəti olaraq Rusiya neftini almaqdan imtina edir.
Bu barədə “Bloomberg” alış planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, qərar bu həftə Hindistandan idxala 25 % rüsum tətbiq edən Vaşinqtonun artan təzyiqləri fonunda verilib.
“Indian Oil Corp.”, “Bharat Petroleum Corp.” və “Hindustan Petroleum Corp.” şirkətləri hökumətdən açıqlama gözləyərək Rusiya neftinin spot alışının növbəti mərhələsində iştirak etməmək niyyətindədir.
Mənbələr qeyd edib ki, şirkətlər ABŞ ilə iqtisadi əlaqələr üçün mümkün nəticələrdən narahatdır.