Hidayət Orucov vəfat edib
14 İyun 2026
Azərbaycanın dövlət xadimi Hidayət Orucov vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Keçmiş diplomat 82 yaşında dünyasını dəyişib.
Hidayət Orucov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
Hidayət Orucov 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.