Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb, meyitini dərəyə atıb - Göygöldəki qətlin təfərrüatı

Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatları məlum olub.

Məlumata görə, bir neçə gün öncə Göygöl rayon Molla Cəlilli kəndi ərazisindəki dərədə meyiti aşkarlanan şəxsin qətlində şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, dörd gün əvvəl 1986-cı il təvəllüdlü kənd sakini Sabiq Quliyevin meyiti kəndin ərazisində dərəyə atılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (Report)