Logo
news content
User
Kateqoriyalar

Xəbər

HAMAS siyasi partiya kimi tanınması müqabilində silahı təhvil verə bilər

Fələstin HAMAS hərəkatı ABŞ administrasiyası ilə Qəzza sektorundakı yeraltı tunellərin xəritələrinin təhvil verilməsi və silahsızlanma məsələsində razılıq əldə edib.

Bu barədə "Sky News Arabia" mənbəsinə istinadən məlumat yayıb.

Razılaşmaya əsasən, bunun əvəzində HAMAS-ın siyasi partiya kimi tanınması tələb olunur.

Mənbənin bildirdiyinə görə, razılaşmanın şərtlərinə əsasən, Qəzza sektorunu tərk etmək istəyən HAMAS-ın siyasi və hərbi rəhbərliyi ABŞ tərəfindən təqib olunmadan bunu həyata keçirə biləcək.

Eyni zamanda Vaşinqton İsrail və ABŞ təhlükəsizlik qurumlarının yoxlamasından keçmək şərti ilə HAMAS-ın polis əməkdaşlarının və keçmiş məmurlarının bir hissəsinin Qəzzanın yeni administrasiyasına inteqrasiyasına razılıq verib.

Məlumata görə, Fələstin Milli Administrasiyası bu razılaşmalara etiraz etmir. Bununla yanaşı, İsrail sazişin bir sıra müddəalarına qarşı çıxır.