Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda növbədənkənar seçkilər olmayacaq

Azərbaycanla sərhədlərin mümkün delimitasiyası prosesindən öncə növbədənkənar parlament seçkiləri keçirmək planlaşdırılmır.

TASS xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Tavuş mərzində səfərdə olarkən bildirib.

“Düşünürəm ki, bu, bizə lazım deyil. Etdiklərimiz qlobal geosiyasi dəyişikliklərə reaksiyasdır”, – hökumət başçısı vurğulayıb.