Ermənistanda hərbi hissədə hərbçinin meyiti tapılıb
08 Fevral 2026
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçinin meyiti tapılıb.
Bu barədə müdafiə idarəsindən bildirilib.
"7 fevral tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqaviləli hərbçi Davit Armenoviç Manukyanın meyiti aşkar edilib", - məlumatda qeyd olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.