Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistana Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması gözlənilir

Ermənistanda Azərbaycan və Gürcüstan üzərindən keçməklə yeni taxıl qatarının gəlməsini gözləyirlər.

Bu barədə Ermənistan mediası ölkənin iqtisadiyyat naziri Gevork Papoyana istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, bu, yaxın günlərdə baş verəcək. Lakin o, taxıl partiyalarının dəqiq olaraq İrəvana çatma tarixini və tədarük edən ölkəni açıqlamayıb.

Nazir Azərbaycan vasitəsilə neft məhsullarının da tədarükü ilə bağlı nazir detalları təqdim etməyib. Papoyan qeyd edib ki, məlumat yalnız vaqonlar ölkəyə çatdıqdan sonra açıqlanacaq.