Dünyanın ən böyük qaz yatağı olan "Cənub Pars"a zərbə endirilib
18 Mart 2026
İranın dövlət mediası Fars körfəzində yerləşən və hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənub Pars" qaz yatağının obyektlərinə hücum edildiyi barədə bildirib.
Zərbə cənubdakı Buşehr əyalətinin Asaluye rayonundakı obyektlərə endirilib.
Hücumun təfərrüatları hələ ki açıqlanmır.
Qeyd edək ki, İran Cənub Pars yatağını Qətərlə birgə işləyir və əvvəllər də Yaxın Şərqdəki eskalasiya fonunda bura zərbələr zonasına düşmüşdü.
Bununla belə, hücumun arxasında konkret olaraq kimin - İsrailin, yoxsa ABŞ-nin dayandığı dəqiqləşdirilmir.
Bundan əvvəl ABŞ İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xark adasına zərbələr endirmişdi.