Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: Misir, Argentina və Qana 1/8 finalda

Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.

Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin 55-ci dəqiqədə öz qapısına vurduğu qol yekun hesabı müəyyənləşdirib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.

Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib.

Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.

Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.

Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.

Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.

"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

14-cü dəqiqədə Con Arias fərqlənib.

Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.