Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026: İspaniya yarımfinala yüksəlib

Futbol üzrə dünya çempionatında İspaniya Belçikaya qalib gəlib.

Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 2:1 hesablı qələbəyə sevinib.

İspanların heyətində Fabian Ruiz (30) və Mikel Merino (88) fərqləniblər.

Belçikanın yeganə qolu isə Şarl de Ketelarenin (41) aktivinə yazılıb.

İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq.