Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çində 500 milyon ildən əvvəl yaşamış heyvan növlərinin qalıqları aşkarlanıb

Çin alimləri 500 milyon ildən də çox əvvəl Yer kürəsində yaşamış təxminən 100 naməlum heyvan növünün kəşf edildiyini bildiriblər.

“CBS News” xəbər verir ki, tədqiqatçılar Hunan əyalətində unikal daşlaşmış qalıqlar aşkar ediblər.

Onlar 50 mindən çox belə nümunə toplayıblar. Bu materialların təhlili onlara 150-dən çox qədim orqanizm növünü müəyyən etməyə imkan verib ki, bunlardan 91-i elm üçün tamamilə yeni olub.

"Tapıntılar müstəsna qorunma vəziyyətinə görə xüsusilə dəyərlidir. Bir çox nümunələr paleontologiyada nadir hal olan daxili orqanlar və hiss elementləri də daxil olmaqla yumşaq toxumaları saxlayıb.

Tədqiqat rəhbərlərindən biri izah edib ki, qalıqların çoxu qəlsəmələrin, bağırsaqların, gözlərin və hətta sinir strukturlarının mövcudluğundan xəbər verir. Bu da qədim həyat formalarının quruluşu haqqında təxminlər yaradır.

Kəşf edilmiş heyvan qalıqlarının təxminən 513 milyon il əvvəl böyük bir nəsilkəsilmədən əvvələ təsadüf etdiyi bildirilir. Onlar inanırlar ki, bu tapıntılar biomüxtəlifliyin kəskin azalmasından sonra dəniz ekosistemlərinin bərpasını daha yaxşı analiz etməyə imkan verəcək.