Çin dünyanın ən böyük su elektrik stansiyasını tikməyə başlayıb
20 İyul 2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"China Daily" qəzeti xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Baş naziri Li Çyan bəyan edib.
Tibetdə Yarlunq Tsanqpo çayı üzərində beş pilləli su elektrik stansiyası kompleksi inşa ediləcək.
Layihənin təxmini dəyəri 167 milyard dollar təşkil edir.
Tikintini və istismarı "China Yajiang Group" şirkəti həyata keçirəcək.
Qeyd olunur ki, bu nəhəng enerji qurğuları ildə 300 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edəcək.