Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib
11 Mart 2026
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində dörd oyun keçirilib.
Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərənin "Liverpul" komandasını qəbul edib.
Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olub.
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınlıq gətirib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
10 mart
"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0
"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə) 5:2
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1
"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) 1:6
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları bu gün baş tutacaq.