Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli olub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.

Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gəlib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"ya məğlub olub - 1:2. Xatırladaq ki, Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ-yə (Fransa) məğlub olub - 0:2. Parisdəki ilk oyunda da Fransa təmsilçisi eyni hesabla qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel

"Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) 1:2

İlk oyun - 2:0

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) 0:2

İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.