Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: Hər iki finalçı məlumdur

 UEFA Çempionlar Liqasında finalçılar müəyyənləşib.

Yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) doğma meydanda Almaniyanın "Bavariya" klubunu qəbul edib. Görüş "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.

Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya" (Dortmund) kollektivinə rəqib olub.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Borussiya" Fransanın PSJ kollektivini turnirdən kənarlaşdırıb. 

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.