Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: "Arsenal" öz meydanında PSJ-yə uduzub

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin "Arsenal" klubuna qalib gəlib.

"Emireyts" stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında gerçəkləşəcək.