Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bərzaninin evi dron hücumuna məruz qalıb, İran hücumu pisləyib

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evi dron hücumuna məruz qalıb.

Bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.

İraq hökuməti dron hücumu ilə bağlı araşdırma aparmaq əmri verib. Hücum zamanı hər hansı dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.

Məlumata görə bir digər dron isə Duhokda Peşmərgə döyüşçülərinin bazası yaxınlığında zərərsizləşdirilib.

İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Dəhükdəki evinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu pisləyib.

"PUA hücumunu qınayır, Neçirvan Bərzaniyə cansağlığı arzulayıram",- Əraqçi bildirib.

Onun fikrincə, ABŞ və İsrail belə hücumlarla qonşu ölkələr arasında gərginlik yaratmaq və münaqişəni daha geniş əraziyə yaymaq istəyir.