Logo
news content
User
Kateqoriyalar

Xəbər

Banqladeşdə təyyarə məktəbə çırpılıb, 19 nəfər ölüb

Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.

“Reuters” xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.

Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.