Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edib
01 İyul 2026
Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
O, bu gün səhər saatlarında dünyasını dəyişib.
Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub.