Azərbaycanın strateji valyuta ehtiyatları bir ildə 10 %-dən çox artıb
10 İyul 2026
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 10,4 % çoxdur.
Bununla belə, iyunda ölkənin strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb.
2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.