Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.