Logo
news content
User
Kateqoriyalar

Xəbər

ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaza gəlir - Təşkilata inamı bərpa edəcək

Rusiyanın Ukraynaya qarşı qanunsuz təcavüzkar müharibəsi, habelə son illərdə bəzi ATƏT dövlətlərində ATƏT-in prinsip və öhdəliklərinin çoxsaylı pozulması ATƏT üzvləri arasında münasibətləri xeyli pisləşdirib. Bu barədə çərşənbə axşamı Vaşinqtonda ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Biz kollektiv olaraq ümumi qərarlarımızı düzgün şəkildə həyata keçirə bilmədik. Nəticədə dövlətlər arasında inamsızlıq artır və bizim institutlara inam azalır", - Borq ABŞ-ın Helsinki Komissiyasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, qlobal siyasi və təhlükəsizlik arxitekturasında ATƏT-in nüfuzu "təhlükə altında qalır".

Ukrayna ilə yanaşı, təşkilatın diqqəti Dnestryanı və Cənubi Qafqazda vəziyyət də daxil olmaqla, uzun sürən münaqişələrə yönəlib.

"Bu yaxınlarda Serbiya, Kosovo və Moldova səfərlərim, eləcə də Cənubi Qafqaza qarşıdakı missiyalarım inamı bərpa etmək və ATƏT-in rolunu möhkəmləndirmək üçün tərəfdaşlarla dialoq üzrə razılaşdırılmış səylərin bir hissəsidir", - o deyib.