Anar Əlizadənin lüks yaxtaları yanıb kül oldu
22 Mart 2026
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.
Gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.
Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.
Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub. (Qafqazinfo)