Almaniya Litvada hava hücumundan müdafiə sistemi yerləşdirdi
02 Aprel 2022
Almaniya Litvada “Ozelot” özüyeriyən zenit-raket kompleksi yerləşdirib.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas ölkənin LRT milli radiosuna açıqlamasında deyib.
Nazir bunu dəyişən təhlükəsizlik vəziyyətinə reaksiya olaraq edildiyini vurğulayıb.
“Ozelot” zenit-raket kompleksi NATO-nun ön kəşfiyyat taborunun Yonava bölgəsindəki Rukla hərbi şəhərciyində yerləşdirilib.
Qeyd edək ki, sözügedən alman hava hücumundan müdafiə sistemi hədəfi aşkarlamaq və təyin etmək üçün buraxılış-qurğular və radar avadanlıqlarından ibarətdir.
Sistemin hədəf aşkarlama məsafəsi 20 km-dir və “Stinger” yer-hava raketləri ilə təchiz edilib.