Aleksandar Vuçiç Azərbaycana səfər edəcək
16 Fevral 2026
Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında və ya əvvəl Azərbaycana səfər edəcək.
Bunu Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, sentyabrda Serbiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.
Vuçiç vurğulayıb ki, Azərbaycan öz növbəsində, Serbiyada keçiriləcək "EXPO 2027"də iştirakını təsdiqləyib.