Aİ Rusiyanı “qara siyahı”ya salıb - Çirkli pulların yuyulduğu ölkə kimi
30 Yanvar 2026
Avropa İttifaqı Şurası Rusiyanı çirkli pulların yuyulması ilə mübarizə üzrə Aİ-nin “qara siyahı”sına daxil edən qərarın qüvvəyə mindiyini açıqlayıb.
Bu barədə bildiriş Şuranın rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, “qara siyahı” Avropa banklarına siyahıda olan ölkələrlə bağlı bütün əməliyyatlara nəzarəti gücləndirmək üzrə əlavə öhdəliklər qoyur.