"AbzasMedia işi"ndə təqsirləndirilənlərə 11-12 il cəza istənildi
21 May 2025
Mayın 20-də "AbzasMedia işi" üzrə təqsirləndirilən jurnalistlərə prokuror cəza istəyib. "AbzasMedia"nın direktoru Ülvi Həsənli, jurnalist Hafiz Babalı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 12 il, nəşrin baş redaktoru Sevinc Vaqifqızı, koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovaya 11 il həbs istənilib.
Vəkillərə müdafiə çıxışı üçün iyunun 10-dək vaxt verilib.
Təqsirləndirilənlərin 3 il maddi və mənəvi vəzifə tutmaq hüququndan məhrum edilməsi də istənilib.
Dövlət Vergi Xidmətinin nümayəndəsi 64 min manatlıq mülki iddianın təmin olunmasını istəyib.
Prokuror F.Mehralızadənin avtomobilinin, "AbzasMedia"nın ofisində tapıldığı iddia olunan 40 min avro pulun, bir də jurnalistlərin bank hesablarındakı 20 min manatdan artıq vəsaitin müsadirə olunmasını təklif edib.