Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyə hazırdır

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.

 Middle East Eye xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.