ABŞ yüksək rütbəli İŞİD komandirini və onun iki oğlunu öldürüb
26 İyul 2025
ABŞ Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat zamanı İŞİD qruplaşmasının yüksək vəzifəli üzvünü zərərsizləşdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyat Suriyanın şimalında yerləşən Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib.
Əməliyyat zamanı İŞİD-in yüksək rütbəli lideri və onun qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.