ABŞ Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satmaq niyyətindədir
25 İyun 2026
ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin etirazlarına baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışını təsdiqləməyi planlaşdırır.
Bu barədə "Reuters" mənbələrə istinadən bildirib.
Söhbət Ankaranın müdafiə sahəsində özünütəminat qabiliyyətini artırmaq səyləri çərçivəsində 2016-cı ildə başlanmış irimiqyaslı layihə olan ilk Türkiyə qırıcı təyyarəsi "Kaan"da istifadə olunacaq "General Electric" mühərriklərindən gedir.
Mənbələrdən birinin məlumatına görə, paketin dəyəri 700 milyon dollardan çox ola bilər.
Sövdələşmə bu ilin iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində atılmış mühüm addım kimi qiymətləndirilir.