ABŞ səsdən sürətli təyyarə modelini sınaqdan keçirib- VİDEO
21 İyul 2025
ABŞ Londona üç saata yarıma uçmaq qabiliyyətində olan "X-59" səsdən sürətli təyyarəni sınaqdan keçirib.
Bu barədə "New York Post" məlumat yayıb.
Eksperimental model saatda 1 500 kilometrə qədər sürət əldə edə bilir.
Təyyarə NASA və "Lockheed Martin" şirkətinin birgə istehsalıdır.
Yaxın həftələrdə təyyarənin sürəti tədricən artırılacaq.
Qeyd olunur ki, bu, "X-59"un yerdəki son sınaqlarıdır və o, artıq ilk uçuşunu etmək üzrədir.

