ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri döyüşlərin dayandırılmasını müzakirə ediblər
06 Fevral 2026
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə məsləhətləşmələr zamanı döyüş əməliyyatlarının dayandırılması yollarını və atəşkəsə nəzarət mexanizmini müzakirə ediblər.
Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "X" sosial şəbəkəsində yazıb.
"Nümayəndə heyətləri iki gün ərzində açıq qalan məsələlər, o cümlədən atəşkəsin həyata keçirilməsi yolları və döyüş əməliyyatlarının dayandırılmasının monitorinqi ilə bağlı geniş müzakirələr aparıblar", - paylaşımda bildirilir.