Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya aktivlərindən özü istifadə etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa ölkələrinə Ukrayna ilə bağlı nizamlanma prosesində dondurulmuş Rusiya aktivlərindən istifadə etmək niyyətində olduğunu çatdırıb.

Bu barədə Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Vaşinqtonun bu mövqeyi Avropa liderləri ilə münasibətlərdə gərginlik riskini artırır.

 Macarıstanın Baş naziri Viktor Orban isə bildirib ki, Avropa İttifaqı liderlərinin sabah başlayacaq sammitinin gündəliyindən Ukrayna üçün dondurulmuş Rusiya aktivləri hesabına nəzərdə tutulan “reparasiya krediti” məsələsi çıxarılıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri bu gün səhər Rusiya aktivləri məsələsinin danışıqlar masasına çıxarılmayacağını elan edib.

Macarıstanın baş naziri bildirib ki, bu qərar ötən axşam baş tutan “pərdəarxası danışıqlar və mübarizənin” nəticəsində verilib.