Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ müharibə xərclərini ərəb ölkələrindən almaq istəyir

ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ondan (Amerika lideri - Qeyd) önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var", - deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib.

O, ABŞ administrasiyasının rəhbərinin daha sonra bu məsələ ilə bağlı özü şərh verəcəyinə söz verib.