Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-İran danışıqlarında müəmma: Hər şey dayanır?

İran İsrailin Livana davam edən zərbələrinə etiraz olaraq ABŞ ilə məlumat mübadiləsini dayandırır.

Bu barədə "Tasnim"in teleqram kanalında bildirilir.

Qeyd olunur ki, İran Hörmüz boğazının tam blokadasını planlaşdırır, eləcə də Bab əl-Məndəb boğazında əlavə tədbirlər görülməsi imkanını nəzərdən keçirir.

ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırması ilə bağlı Vaşinqtona hər hansı məlumat vermədiyini bildirib.

"NBC News"a açıqlamasında Tramp İranla bağlı məsələlərin həddindən artıq müzakirə edildiyini qeyd edib.

“Məncə, biz bu barədə həddindən artıq danışmışıq. Düşünürəm ki, bir az susmaq yaxşı olardı”, - ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, danışıqların mümkün dayandırılması İranın yenidən bombardman olunacağı anlamına gəlmir.

Bununla yanaşı, o bildirib ki, ABŞ İran ətrafında tətbiq etdiyi dəniz blokadasını davam etdirəcək.