Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-İran danışıqları qapalı formatda keçiriləcək

ABŞ üçün məqbul olan və danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə ediləcək bir qrup əhəmiyyətli bəndlər mövcuddur.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ və İran arasındakı danışıqlara heç bir aidiyyəti olmayan insanlar tərəfindən çoxsaylı razılaşmalar, siyahılar və məktublar göndərilir; bir çox hallarda bunlar açıq-aşkar fırıldaqçılar, şarlatanlar və hətta daha pisidir. Onların maxinasiyalarının üstü federal təhqiqatımız başa çatdıqdan sonra tezliklə açılacaq. ABŞ üçün məqbul olan yalnız bir qrup əhəmiyyətli "BƏNDLƏR" mövcuddur və biz onları bu danışıqlar zamanı bağlı qapılar arxasında müzakirə edəcəyik. Bunlar, əsasında ATƏŞKƏSƏ razılıq verdiyimiz BƏNDLƏRDİR", - Tramp qeyd edib.