ABŞ humanitar yardım üçün əlavə 1,8 milyard dollar ayıracaq
15 May 2026
ABŞ humanitar yardım və BMT sistemində islahatlara dəstək üçün əlavə 1,8 milyard dollar ayıracaq.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
"Bu vəsaitlər dünyada daha çox insanın həyatını xilas etməyə və səmərəliliyi, hesabatlılığı və uzunmüddətli təsiri artırmaq üçün həyata keçirdiyimiz islahatları irəli aparmağa kömək edəcək", - deyə Uolts əlavə edib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayında tərəflər BMT-nin humanitar sisteminin islahatı üçün 2 milyard dolların ayrılması ilə bağlı memorandum imzalayıblar.
"Əməkdaşlığımız və iş yükünün bölüşdürülməsi artıb, təkrarlanma və səmərəsizlik isə azalıb. BMT ən yaxşı bacardığı işi etdikdə - etibarlı və əlçatan logistika ilə geniş miqyasda çətin əli çatan ərazilərə humanitar yardım çatdırdıqda təşkilat uğur qazanır".