ABŞ "F-35C" qırıcı təyyarəsi İran PUA-sını vurub
04 Fevral 2026
ABŞ ordusu Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatını vurub.
Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins "Fox News"a açıqlamasında Amerikanın "F-35C" qırıcı təyyarəsinin ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə aqressiv yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatını vurduğunu təsdiqləyib.
"ABŞ-nin "Abraham Linkoln" gəmisi Ərəb dənizində, İranın cənub sahillərindən təxminən 800 km məsafədə olarkən "Şahed-139" pilotsuz uçuş aparatıgəmiyə doğru manevr edib. Amerika qüvvələri tərəfindən beynəlxalq sularda görülən deeskalasiya tədbirlərinə baxmayaraq, təyyarə gəmisinə doğru uçuş davam edib", - deyə zabit bildirib.
Onun sözlərinə görə, dron gəmini və şəxsi heyəti qorumaq üçün özünümüdafiə məqsədilə məhv edilib.