Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da 11 alim müəmmalı şəraitdə ölüb, ya da itkin düşüb - Tramp araşdırmağa söz verdi

ABŞ Prezidenti Donald Tramp ölkədə alimlərin müəmmalı ölüm və itkin düşmə halları ilə bağlı araşdırma aparılacağını bildirib.

Bu barədə o, "Fox News" telekanalına açıqlamasında deyib.

D.Tramp qeyd edib ki, artıq məsələ ilə bağlı müşavirə keçirib və yaxın vaxtlarda bu hadisələrə aydınlıq gətiriləcəyini gözləyir.

"Ümid edirəm ki, bu, sadəcə təsadüfdür, amma bunu növbəti bir həftə yarım ərzində öyrənəcəyik", - deyə ABŞ lideri bildirib.

Məlumata görə, ABŞ-də kosmos və nüvə tədqiqatları ilə bağlı fəaliyyət göstərən azı 11 alim müəmmalı şəraitdə ya həlak olub, ya da itkin düşüb.