Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Çinə tətbiq edilən gömrük rüsumlarını azaldacaq

ABŞ Prezidenti Donald Tramp müəyyən məqamda Çinə qarşı idxal rüsumlarını azaldacağını, çünki bu addım olmadan Vaşinqton və Pekinin bir-biri ilə biznes apara bilməyəcəklərini açıqlayıb.

Bu barədə Amerika lideri “NBC News” telekanalına müsahibəsində danışıb.

“Hansısa məqamda mən onları (rüsumları – red.) azaldacağam, çünki əks halda biz onlarla biznes apara bilməyəcəyik”, – o, müvafiq suala cavabında bildirib, lakin belə bir qərar qəbul edə biləcəyi zaman çərçivəsini göstərməyib.

Trampın sözlərinə görə, Çin ABŞ ilə sahibkarlıq fəaliyyəti aparmağı “son dərəcə çox” istəyir, çünki ÇXR-in iqtisadiyyatı hazırda “özünü çox pis hiss edir”.