7 il gözlənilirdi, 3 il verildi – rusiyalılara Bakıda güzəşt edildi
14 May 2026
Bakı Ağır Cinayətlər Məhkəməsi çirkli pulların yuyulmasında ittiham olunan Rusiya vətəndaşları – İqor Zabolotski və İlnur Valitov barəsində hökm çıxarıb. Məhkəmə hər iki şəxsi 98 min manat məbləğində qanunsuz vəsaiti leqallaşdırmaqda (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) təqsirli bilsə də, qanunvericiliyin imkan verdiyi güzəşt mexanizmindən istifadə edib. Belə ki, maddənin sanksiyasında 7 ildən başlayan azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə 3 ilə endirilib.
IT mütəxəssisi olan Zabolotski 2020-ci ildə Rusiyada qanunsuz onlayn kazino təşkil etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq cərimələnib.