11 ayda neft idxalımız 12,7 % azaldıb
28 Yanvar 2026
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 705,708 milyon ABŞ dolları dəyərində 1 milyon 505,329 min ton neft idxal edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə neft idxalı kəmiyyət ifadəsində 12,7 %, dəyər ifadəsində 25,6 % azalıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi (92,4%) Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 642,713 milyon ABŞ dolları (23 % azalma) dəyərində 1 milyon 390,466 min ton (9 % azalma) idxal edilib.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 62,832 milyon ABŞ dolları (+2,8 dəfə) dəyərində 114,423 min (+3,3 dəfə) ton, İraqdan 162,69 min ABŞ dolları dəyərində 439,7 ton neft (2024-cü ilin yanvar-noyabr aylarında tədarük edilməyib) idxal edib.